"Atletiko Madrid" PSJ-nin yarımmüdafiəçisi ilə maraqlanır
21.05.2024 - 12:58
La Liqa təmsilçilərindən "Real Madrid"in sabiq yarımmüdafiəçisi Marko Asensio PSJ-ni tərk edərək vətəninə qayıda bilər.
Apasport.az “Todofichajes” portalına istinadən xəbər verir ki, futbolçu "Atletiko Madrid"in radarındadır. Klub yay “transfer pəncərəsi”ndə futbolçunu heyətinə qatmağa çalışacaq. Onun PSJ ilə müqaviləsi isə 2026-cı ilin yayına qədərdir.
“Transfermarkt” portalı futbolçunun dəyərini 20 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Asensio Fransa çempionatında keçirdiyi 19 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0