AVRO-2024-ün püşkü atılır
02.12.2023 - 11:26
AVRO-2024-ün püşkü atılır

Bu gün AVRO-2024-ün final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, tədbir Hamburqda təşkil olunacaq.

Almaniyada keçiriləcək yarışın 24 iştirakçısı 6 qrupa bölünəcək. Püşkatmada 21 komanda və pley-offun üç qalibi qatılacaq. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, AVRO-2024-ün final mərhələsi gələ il iyunun 14-dən iyulun 14-dək keçiriləcək.

I səbət
Almaniya
Portuqaliya
Fransa
İspaniya
Belçika
İngiltərə

II səbət
Macarıstan
Türkiyə
Rumıniya
Danimarka
Albaniya
Avstriya

III səbət
Niderland
Şotlandiya
Xorvatiya
Sloveniya
Slovakiya
Çexiya

IV səbət
İtaliya
Serbiya
İsveçrə
A yolunun qalibi
B yolunun qalibi
C yolunun qalibi
 

0