[b]Avroliqanın uğursuzları yoxlama görüşündə üz-üzə gəldi[/b]
28.07.2018 - 20:03
Avropa Liqasında uğursuzluğa düçar olan “Neftçi” ilə “Keşlə” yoxlama görüşündə üz-üzə gəlib. Apasport.az saytının məlumatına görə, ikincilər yeni baş məşqçi Mladen Milinkoviçin rəhbərliyi altında ilk matçını keçirib.
Oyun “Neftçi”nin 2:0 hesablı qələbəsi ilə nəticələnib. Komandanın heyətində Emin Mahmudov və Mirabdulla Abbasov fərqlənib.
Qeyd edək ki, həm “Neftçi”, həm də “Keşlə” Avropa Liqasının I təsnifat mərhələsində məğlub olaraq, avrokuboklarla vidalaşıb.
0
0