“Ayaks”da İSTEFA
30.05.2023 - 13:08
“Ayaks”da İSTEFA

Edvin van der Sar “Ayaks”dan ayrılıb.

Apasport.az saytının məlumatına görə, bunu Amsterdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Futbol veteranı Niderland klubunun baş direktoru vəzifəsindən istefa verib. O, iyunun 1-də postunu təhvil verəcək. 

Klubun Müşahidə Şurası sabiq qapıçıdan avqustun 1-dək vəzifəsində qalmağı xahiş etsə də, funksioner bunu cavablandırmayıb.

Qeyd edək ki, Van der Sar uğursuz mövsüm üzündən postundan ayrılıb. Çempionatı 3-cü yerdə başa vuran “Ayaks” mövsümü titulsuz bitirib.
 

0