"Ayaks"ın hücumçusu "Qalatasaray"ın hədəfində
16.10.2024 - 23:58
"Qalatasaray" heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "Cimbom" "Ayaks"ın futbolçusu Steven Berqyoysla maraqlanır.
"Sarı-qırmızılar" onu qışda rənglərinə bağlamaq niyyətindədir. Türkiyə təmsilçisi yanvar ayında 32 yaşlı hücumçu üçün rəsmi təklif göndərəcək.
Forvardın klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır. Bu səbəbdən amsterdamlılar onun transferi üçün yüksək təzminat tələb etməyəcək.
Qeyd edək ki, Niderland millisinin üzvü bu mövsüm "ağ-qırmızılar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0