Azar karyerasını bitirir?
04.06.2023 - 01:46
Azar karyerasını bitirir?

Belçikalı futbolçu Eden Azar “Real”ı tərk edəcək.

Apasport.az saytı xəbər verir ki, hətta 32 yaşlı futbolçunun karyerasını bitirməsi müzakirə olunur.

Azar müqaviləsi olduğu üçün 2024-cü ilin yayınadək Madrid klubunda qalmaq istəsə də, rəhbərlik ona ayrılmaq arzusunu bildirmişdi. Nəticədə tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. 

Zədə üzündən “Real”da heç cür arzuolunan səviyyədə çıxış etməyən Eden gələcək karyerası barədə yaxın günlərdə qərar verəcək. Onun “Çelsi”yə qayıtması da mümkündür.

Qeyd edək ki, 2019-cu ildə 115 milyon avroya transfer olunan Azar “Real”ın heyətində cəmi 76 oyun keçirib. Onun hesabında 7 qol, 12 ötürmə var.
 

0