Futzal üzrə Yüksək Liqanın geridə qalan mövsümündə oyunları ümumilikdə 12 hakim idarə edib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, ən çox matç idarə edən referi bu günlərdə ikinci kateqoriyaya yüksələn Yusif Nurullayevdi.
FİFA referisi ümumilikdə 44 matçın iştirakçısı olub ki, onlardan 23-də birinci, 9-da ikinci referi funksiyasını yerinə yetirib. FİFA referiləri arasında 3-cü hakim kimi də 12 oyuna təyinat alıb.
Birinci hakim kimi ən çox oyun idarə edən Elçin Səmədlidi. O, 25 qarşılaşmada fitini səsləndirib. Cəmi bir görüşdə ikinci hakim kimi iştirak edib. Səmədli ilə bağlı maraqlı məqamlardan biri də eyni turda keçirilən 3 oyunun birinci hakimi olmasıdı. Belə ki, XXII turun oyunları 3 fərqli gündə keçirilib ki, Səmədli də hamıdan çox təyinat alıb. Amma o, heç bir görüşün 3-cü hakimi olmayıb. İkinci referi kimi isə cəmi 1 qarşılaşmada iştirak edib.
Digər FİFA referisi Ramil Namazov ümumi sayda Səmədlini qabaqlasa da, cəmi 4 matçın baş hakimi olub. Namazov 25 qarşılaşmada ikinci hakim funksiyasını yerinə yetirib. Hikmət Qafarlı da Elçin Səmədli kimi 26 oyunun iştirakçısı olub. Ancaq Qafarlı cəmi 2 oyunda əsas söz sahibi olub. 23 oyunda ikinci olan referi 1 matçda da üçüncü hakim vəzifəsini icra edib.
“Üçüncü hakim”liyin “kralı” isə Azad Hüseynovdu. O, 3 qarşılaşmada ikinci referi olduğu halda, 28 matçda həmkarlarına kənardan kömək edib. Sabiq FİFA referisi Elçin Məmmədov 24 matçda fitini səsləndirib. Digər həmkarlarından fərqli, o, ancaq birinci hakim kimi təyinat alıb. İnqilab Məmmədov isə cəmi bir qarşılaşmada ikinci hakim olub.
|
№ |
Hakimlər |
I |
II |
III |
Cəmi |
|
1 |
Elçin Səmədli |
25 |
1 |
- |
26 |
|
2 |
Elçin Məmmədov |
24 |
- |
- |
24 |
|
3 |
Yusif Nurullayev |
23 |
9 |
12 |
44 |
|
4 |
Ramil Namazov |
4 |
25 |
- |
29 |
|
5 |
Azər Əsgərov |
3 |
6 |
- |
9 |
|
6 |
Hikmət Qafarlı |
2 |
23 |
1 |
26 |
|
7 |
Əli Cəbrayılov |
- |
9 |
3 |
12 |
|
8 |
Ramiz Məhərrəmov |
- |
5 |
3 |
8 |
|
9 |
Azad Hüseynov |
- |
3 |
28 |
31 |
|
10 |
İnqilab Məmmədov |
- |
1 |
- |
1 |
|
11 |
Kənan Məlikov |
- |
- |
23 |
23 |
|
12 |
Anar Fərəcov |
- |
- |
11 |
11 |
Qeyd: hakimlər oyun zamanı tutduqları mövqeyə uyğun sıralanıb.