[b]Azərbaycan klublarına tamaşaçısız rəqib – UEFA-dan cəza[/b]
04.06.2018 - 20:21
[b]Azərbaycan klublarına tamaşaçısız rəqib – UEFA-dan cəza[/b]

Avrokuboklar mövsümü bir müddət əvvəl başa çatsa da, UEFA-nın Nizam İntizam Komitəsi bəzi qarşılaşmalarla bağlı araşdırmaları davam etdirməkdədi. Apasport.az saytının məlumatına görə, qurum “Zenit” (Rusiya) – “Leypsiq” (Almaniya) matçı ilə bağlı qərarını açıqlayıb.

 

Martın 15-də Sankt-Peterburqda keçirilən və 1:1 hesabı ilə başa çatan 1/8 finalın cavab oyununda yaşananlar rusiyalıların cəzalanması ilə nəticələnib. Şimallılar meydana kənar əşyalar atılması, pilləkənlərdə gediş-gəlişin azarkeşlər tərəfindən bağlanması və sonuncuların irqçi şüaları üzündən buna məruz qalıb.

 

“Zenit” 70 min avro cərimə ödəyəcək və bir avrokubok matçını tamaşaçısız keçirəcək.

 

Qeyd edək ki, Rusiya klubu qarşıdakı mövsümdə Avropa Liqasının III təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Azərbaycan klubları “Qəbələ”, “Neftçi” və “Keşlə” ilk 2 raundu uğurla adlasa, “Zenit”lə qarşılaşmaq imkanına malikdi. Şimallılar da məhz III mərhələ matçını tamaşaçısız keçirməli olacaq.