“Proyssen”ə keçməkdə məqsədim daha yüksək liqada oynamaqdı. Çünki belədə yenidən Azərbaycan millisinə yolum açılar”. Apasport.az saytının məlumatına görə, bunu yığmamızın sabiq hücumçusu Rüfət Dadaşov deyib.
Bu yay III Bundesliqa təmsilçisi “Proyssen”ə transfer olunan hücumçu yerli mətbuata açıqlamasında hədəflərindən bəhs edib. Dadaşov kapitan Adriano Qrimaldi ilə rəqabətdən çəkinmədiyini söyləyib: “Komandada yaxşı rəqabət var. Baş məşqçi adlara yox, futbolçunun formasına baxır. Qrimaldi fərqli keyfiyyətlərə malik hücumçudu. Mən elə hücumçuyam ki, topla çox oynamağı, matç zamanı yarımmüdafiəçilərlə daim bağlantıda olmağı və onlardan istifadə etməyi xoşlayıram. Qapalı müdafiəyə qarşı oynamağı da bacarıram”.
Qeyd edək ki, Rüfət Dadaşov ötən mövsüm “Dinamo”nun heyətində Regionalliqada meydana çıxdığı 25 oyunda 25 qola imza atıb.