“Uzun fasilədən sonra komandanı toplayırıq. Bu gün üçün vəzifəmiz yığmanın oyunçuları arasında əlaqələr qurmaqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qazaxıstanın veteran futbolçusu Kuralbek Ordabayev deyib.
O, yerli mətbuata açıqlamasında bu gün “Astana Arena”da Qazaxıstanla Azərbaycan milliləri arasında keçiriləcək yoldaşlıq görüşü barədə fikirlərini bildirib. Ordabayev Millətlər Liqasının onlar üçün önəmindən də bəhs edib: “Futbolçular qısa müddətdə birləşməli, toparlanmalıdı və onlara istiqamət vermək lazımdı. Çünki Millətlər Liqası kimi məsul turnirin startına cəmi üç ay vaxt qalıb. Hesab edirəm ki, baş məşqçinin əsas məqsədi komandanı bir araya gətirməkdi. Məncə, Stanimir Stoilov seçmə mərhələ üçün planlaşdırdığı oyun üslubuna bu gün üstünlük verəcək”.
69 yaşlı mütəxəssis yığmamız barədə də danışıb. Ordabayevin fikrincə, Azərbaycan millisi indi daha təcrübəlidi: “Azərbaycan yığması təcrübəli komandadı. Onlar indi beynəlxalq səviyyəli oyun ortaya qoyurlar. Azərbaycan tərəfi də turnirə ciddi hazırlaşır. Bu üzdən görüşün çox maraqlı olacağını düşünürəm. Oyunçularımız bu gün ev oyununu göstərməlidilər. Çünki azarkeşlər futboldan qaçırlar, onları yenidən tribunalara cəlb etmək lazımdı. Hər bir futbolçu Qazaxıstan yığmasındakı oyunundan həzz almalıdı”.
Qeyd edək ki, Qazaxıstan – Azərbaycan görüşü Bakı vaxtı ilə 20:00-da start götürəcək.