[b]Azərbaycandan ayrıldı, Paraqvaya döndü[/b]
28.07.2018 - 11:48
[b]Azərbaycandan ayrıldı, Paraqvaya döndü[/b]

Bu yay “Neftçi”dən ayrılan Fransisko Qarsiya özünə yeni klub tapıb. Apasport.az saytının Paraqvay mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

 

Belə ki, 27 yaşlı orta sahə oyunçusu sabiq komandası “İndependiente” ilə anlaşıb. Azad agent statusu daşıdığından yeni komandasına havayı başa gələn Qarsiya tezliklə rəsmi müqaviləyə qol çəkəcək.

 

Qeyd edək ki, “Neftçi”yə bu ilin yanvarında “Serro Porteno”dan keçən Fransisko Qarsiya 2012-ci ildə “İndependiente”nin şərəfini qoruyub.