[b]Azərbaycandan təklif aldı, Fransanı seçdi[/b]
06.07.2018 - 13:39
[b]Azərbaycandan təklif aldı, Fransanı seçdi[/b]

Qvineya millisinin futbolçusu Seku Konde Azərbaycandan təklif alıb. Apasport.az saytının Fransa mətbuatına istinadən məlumatına görə, bunu 25 yaşlı müdafiəçi özü deyib.

 

Son klubu “Amkar” olan Konde Liqa 2-də çıxış edəcək. Belə ki, o, “Şatoru” ilə 2 illik müqavilə bağlayıb. Konde “Şatoru”ya keçməzdən əvvəl ölkəmizə gəlmək variantının olduğunu söyləyib: “Rusiya, Türkiyə, Qazaxıstan, Azərbaycan və Belçikadan təkliflərim var idi. Qvineyaya gedəndə ailəmlə bunu müzakirə etdim. Həmçinin Fransada yaşayan futbolçu dostlarımla məsləhətləşdikdən sonra burda çıxış etmək qərarına gəldim”.

 

Qeyd edək ki, Seku Konde 2015-ci ildən Qvineya yığmasına çağırılır.