[b]Azərbaycanı Latviyaya dəyişdi[/b]
06.07.2018 - 19:14
“Kəpəz”in sabiq futbolçusu Quili Manjqaladzenin yeni komandasının adına aydınlıq gəlib. Apasport.az saytının Latviya mətbuatına istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi bu ölkədə çıxış edəcək.
Belə ki, Gürcüstan əsilli ukraynalı futbolçu “Ventspils” klubu ilə anlaşıb. O, yeni komandası ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Quili Manjqaladze “Kəpəz”ə bu ilin yanvarında “Samtredia”dan keçmişdi.
0
0