Azərbaycanlı hakimlərə UEFA-dan növbəti təyinat gəlib. Apasport.az saytının məlumatına görə, futzal üzrə FİFA referiləri Yusif Nurullayevlə Ramil Namazov beynəlxalq görüşlərdə iş başında olacaq.
Namazov isə UEFA Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyinat alıb. “Mostar”, “Futsal Gentofte”, “Makkabi Nahalat Yitzhak Təl Əviv” və “Uotsell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Herseqovinada təşkil ediləcək.
Nurullayev qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə təşkil edilən UEFA Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarına təyinat alıb. O, avqustun 20-dən 24-dək Kişinyov şəhərində keçiriləcək Belarus, Ermənistan və Moldova milli komandalarının yer aldığı C qrupunun oyunlarını idarə edəcək.
Mənbə: affa.az