[b]Bahodir Nasimov yenidən Azərbaycanda[/b]
11.07.2018 - 01:32
[b]Bahodir Nasimov yenidən Azərbaycanda[/b]

Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək klubların heyətləri açıqlanıb. Apasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Keşlə”nin də iştirak ərizəsi UEFA-nın saytına yerləşdirilib.

 

Yuri Maksimovun baş məşqçisi olduğu Bakı klubu “Baltsan”la oyunlar üçün 22 futbolçu sifariş edib. Paytaxt təmsilçisinin heyətində iki yeni sima da var.

 

Bunlardan biri “Neftçi”nin sabiq hücumçusu Bahodir Nasimovdu. Son illər vətənində Özbəkistan “Buxara”sının formasını geyinən 31 yaşlı forvard yenidən Azərbaycan klubuna keçib. Digər yeni isə Miloş Boşançiçdi.

 

Qeyd edək ki, 2011-14-cü illərdə “Neftçi”də oynamış Nasimov 2011/12 mövsümünün bombardiri olub.

 

Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev;

 

Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı;

 

Yarımmüdafiəçilər: 7. Vaqif Cavadov, 8. Miloş Boşançiç, 10. Sezar Meza Kolli, 21. Herve Tçami, 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna;

 

Hücumçular: 9. Amil Yunanov, 11. Bahodir Nasimov, 14. Andre Klennon, 39. Əlibəy Məmmədi.

0