[b]Bakı səfəri öncəsi rəsmi müqavilə[/b]
28.07.2018 - 12:32
[b]Bakı səfəri öncəsi rəsmi müqavilə[/b]

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Kukesi” Albaniyadakı hazırlığı başa vurub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Kukes klubu Bakı səfəri öncəsi yeni transferi Reginaldo ilə münasibətləri rəsmiləşdirib.

 

“Laçi”dən transfer edilən 28 yaşlı hücumçu yeni komandası ilə 1 illik müqavilə imzalayıb. Forvardın yeni klubunda aylıq məvacibi 6 min avro təşkil edəcək. Məşqçilər korpusu da “Qarabağ”la cavab qarşılaşmasında məhz Mozambik millisinin üzvünün qolçuluq qabiliyyətinə güvənəcək. Onun Tofiq Bəhramov adına Respublika Stadionundakı görüşdə start heyətində yer alması gözlənilir.

 

Qeyd edək ki, avqustun 1-də keçiriləcək “Qarabağ” – “Kukesi” oyunu 21:00-da start götürəcək.