[b]“Baltsan” “Keşlə” ilə oyunlar üçün iştirak ərizəsini açıqladı[/b]
11.07.2018 - 09:11
[b]“Baltsan” “Keşlə” ilə oyunlar üçün iştirak ərizəsini açıqladı[/b]

Avropa Liqasının I təsnifat mərhələsində “Keşlə” ilə qarşılaşacaq “Baltsan”ın iştirak ərizəsi müəyyənləşib. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Malta təmsilçisi 23 oyunçunu sifariş verib.

 

Təmsilçimizlə qarşılaşmalarda baş məşqçi Marko Miçoviçin ixtiyarında 2 qapıçı, 10 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu olacaq.

 

Qapıçılar: 1. Sean Montoff, 83. Stiv Sultana

Müdafiəçilər: 4. Custin Qrioli, 11. Stiv Bezzina, 14. Harri Endi Askroft, 15. Mixael Conson, 16. Antonio Mitrev, 18. Uroş Lyubomiraç, 20. İvan Bozoviç, 21. Neil Frendo, 23. Elkin Serrano, 42. Rikardo Kaliksto Korea Duarte

Yarımmüdafiəçilər: 6. Deyl Kamilyeri, 8. Nenad Sliviç, 9. Lekao, 30. Kadu, 88. Sean Kipriott, 99. Miloş Lepoviç

Hücumçular: 7. Lidon Mikallef, 10. Siray Arab, 17. Alfred Effionq, 50. Andriya Maydevac, 86. Boyan Kalyeviç.

 

Qeyd edək ki, “Baltsan”la “Keşlə” arasında ilk oyun sabah Ta Qalidə, cavab qarşılaşması isə iyulun 19-da Bakıda keçiriləcək.

0