Barış Alper Yılmaz üçün rekord təklif
24.04.2024 - 14:56
Barış Alper Yılmaz üçün rekord təklif

Super Liqa təmsilçisi “Qalatasaray”ın futbolçusu Barış Alper Yılmaz İngiltərəyə keçə bilər.

Apasport.az xəbər verir ki, performansı ilə Avropa komandalarının diqqətini çəkən Barışla “Aston Villa” maraqlanır.

İngiltərə təmsilçisi 23 yaşlı oyunçunun transferi üçün "aslanlar"a 25 milyon avro təklif edir. Klub türkiyəli futbolçu ilə 5 illik müqavilə imzalamaq istəyir.

Xatırladaq ki, transfer reallaşarsa, Barış Alper "Qalatasaray" tarixinin türk futbolçular arasında ən yüksək qiymətli satışı kimi tarixə düşəcək. Hazırda klub üçün rekord Arda Turana məxsusdur - 13 milyon avro. 

0
Aston Villa aslanlar Barış Alper Yılmaz Qalatasaray Arda Turan