[b]“Barselona” açıqladı: Müdafiəçi gedir[/b]
30.07.2018 - 01:13
Luka Din “Barselona”dan ayrılacaq. Apasport.az saytının məlumatına görə, bu barədə klub rəsmi açıqlama yayıb.
Bildirilib ki, artıq tərəflər bir araya gələrək ayrılıq anlaşmasının detallarını razılaşdırıblar.
Fransa mətbuatı iddia edir ki, müdafiəçi “Everton”a keçəcək. Daha əvvəl keçidin 20 milyon avroya baş tutacağı haqqında xəbərlər yayılmışdı.
Qeyd edək ki, 25 yaşlı Din “Barselona”ya 2016-cı ildə keçib.
0
0