"Barselona" ardıcıl 5-ci dəfə çempion oldu
05.05.2024 - 18:51
"Barselona" ardıcıl 5-ci dəfə çempion oldu

“Barselona”nın qadınlardan ibarət komandası ardıcıl 5-ci dəfə İspaniya çempionatının qalibi olub.

Apasport.az xəbər verir ki, çempionatın 26-cı turunun matçında "Qranada"nı məğlub edən "blauqrana" vaxtından əvvəl titulunu ələ keçirib.

Qeyd edək ki, kataloniyalılar 9-cu dəfə bu kuboka sahib çıxıb.

0