"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi ilə maraqlanır
24.04.2024 - 09:16
"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi ilə maraqlanır

Portuqaliya millisinin və "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva hələ də "Barselona"nın maraq dairəsindədir. 

Apasport.az xəbər verir ki, bu barədə Sport.es saytı məlumat yayıb.

"Blauqrana" rəhbərliyi futbolçunu yayda almağa cəhdi edə bilər.

Daha əvvəl isə Bernardın karyerasını həmyerliləri Joao Kanselo və Joao Feliksin çıxış etdiyi “mavi qranat” düşərgəsində davam etdirmək istədiyi məlum olub. 

Xatırladaq ki, Silva 2017-ci ilin yayından "şəhərlilər"in şərəfini qoruyur. Tərəflər arasındakı müqavilə 2026-cı ilin yayında başa çatacaq. Yarımmüdafiəçinin transfer dəyəri 80 milyon avro olaraq qiymətləndirilir.

0