[b]"Barselona" növbəti transferini təqdim etdi[/b]
13.07.2018 - 15:43
[b]"Barselona" növbəti transferini təqdim etdi[/b]

“Sevilya”nın sabiq müdafiəçisi Kleman Lanqlenin “Barselona”ya keçidi rəsmiləşib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, tibbi müayinədən uğurla keçən fransız futbolçu ictimaiyyətə təqdim olunub.

 

“Barselona” Lanqleyə görə klubuna 35,9 milyon avro ödəyib.

 

Qeyd edək ki, 23 yaşlı futbolçu 2017-18 mövsümündə İspaniya La Liqasında meydana çıxdığı 35 görüşdə 3 qol vurub, 1 məhsuldar ötürmə edib.