"Barselona" onunla anlaşdı
17.02.2024 - 14:33
"Barselona" onunla anlaşdı

"Barselona" yeni baş məşqçisini seçib.

Apasport.az nu barədə "Todofichajes"ə istinadla xəbər verir.

Bildirilib ki, “mavi qranatlar”ın baş məşqçi postunu “Bavariya”da və Almaniya millisindəki işi ilə tanınan alman mütəxəssis Hans-Diter Flik tutacaq.

Tərəflər müqavilə imzalamaq barədə razılığa gəliblər. Müqavilə bir il müddətinə uzadılmaq imkanı ilə bir mövsümlük olacaq. Nəticələr klub rəhbərliyini qane edərsə, əməkdaşlıq uzadılacaq.

Xatırladaq ki, “Barselona”nın hazırkı baş məşqçisi Xavi Ernandes bu mövsümün sonunda mavi qranatları tərk edəcək. "Barselona" La Liqa cədvəlində üçüncüdür və Çempionlar Liqasının pley-off mərhələsində "Napoli" ilə qarşılaşacaq.
 

0