“Barselona” rəhbərliyi sabiq klub prezidenti Sandro Roselin 2012-ci ildə qeyri-qanuni şəkildə, xərçəngdən əziyyət çəkən Erik Abidal üçün qaraciyər aldığına dair yayılan məlumatı təkzib edib. Apasport.az saytının məlumatına görə, katalon klubu tərəfindən yayılan bəyanatda qeyd olunub:
“Barselona” qəti şəkildə Erik Abidala qaraciyər köçürülməsi zamanı baş verdiyi iddia edilən qanun pozuntularını təkzib edir. Müalicə prosesinin gedişində “Barselona” heç bir qeyri-qanuni əmələ əl atmayıb”.
Həmçinin, Erik Abidalın fondunun yayımladığı açıqlamada məlumatın yanlış olduğu qeyd edilib.
Xatırladaq ki, bu barədə məlumatı korrupsiya və çirkli pulların yuyulmasında günahlandırılan Sandro Roselin polis araşdırmasına əsaslanan “El Confidencial” nəşri yaymışdı.