[b]"Barselona" Qomeşlə yollarını ayırır[/b]
13.07.2018 - 15:52
“Barselona”nın yarımmüdafiəçisi Andre Qomeş komandadan ayrılmağa yaxındı. Apasport.az saytının “Diario Sport”a istinadən məlumatına görə, portuqaliyalı oyunçunun adı ABŞ-a mövsüm öncəsi hazırlıqlar üçün aparılacaq heyətdə yer almayıb.
“Barselona”nın 20 milyon avro tələb etdiyi Qomeşin xidmətində “Arsenal” və “Yuventus” maraqlıdı. Lakin sözügedən klublar maksimum 18 milyon avro ödəməyə hazırdılar.
“Barsa” həmçinin 24 yaşlı oyunçunun növbəti satışından da faiz qazanmaq niyyətindədi.
0
0