[b]"Barselona" Rabyo transferini bir il təxirə saldı[/b]
27.07.2018 - 10:21
[b]"Barselona" Rabyo transferini bir il təxirə saldı[/b]

“Barselona” Adrien Rabyonun transferini PSJ ilə razılaşdıra bilmir. Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, Paris klubu Neymarın transferinə görə klublar arasında yaranan fikir ayrılığı səbəbindən fransız futbolçunu qarşı tərəfə satmaq niyyətində deyil.

 

Bu səbəbdən “Barselona” Rabyonu növbəti yay azad agent kimi heyətinə qatmağı planlaşdırır.

 

Qeyd edək ki, Rabyo 2017-18 mövsümündə 33 matçda meydana çıxan Rabyo 1 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

0