[b]"Barselona" və PSJ-nin istədiyi futbolçu klubunda qaldı[/b]
11.07.2018 - 12:11
[b]"Barselona" və PSJ-nin istədiyi futbolçu klubunda qaldı[/b]

“Yuventus”un yarımmüdafiəçisi Miralem Pyaniç təkliflərə baxmayaraq, klubla müqavilə müddətini uzatmaq qərarına gəlib. Apasport.az saytının “Premium Sport”a istinadən məlumatına görə, yeni sazişin şərtlərinə əsasən, bosniyalı futbolçunun məvacibi qaldırılacaq.

 

Pyaniçin kluba olan hazırkı müqaviləsi 2021-ci ilə qədər nəzərdə tutulub.

 

Qeyd edək ki, “Barselona” və PSJ-nin adı 28 yaşlı oyunçu ilə birgə hallanırdı.