“Barselona”nın müdafiəçisi Luka Din İngiltərəyə köçməyə hazırlaşır. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, fransalı cinah oyunçusu yaxın günlərdə “Everton”a keçəcək.
Klublar arasında danışıqlar artıq yekunlaşıb. İlkin razılığa əsasən, 25 yaşlı futbolçunun transferi kataloniyalılara təxminən 20 milyon avro qazandıracaq. Din yeni komandası ilə 5 illik müqavilə bağlayacaq.
Fransa millisinin üzvünün keçidini həll edən “Everton” “Barsa”nın digər müdafiəçisi Yerri Minanı da heyətinə qatmaqda israrlıdı. İngilislər kolumbiyalı oyunçu üçün 30 milyon avro təklif ediblər.