“Barselona”dan üç təklifə RƏDD CAVABI
06.12.2022 - 13:07
“Barselona”dan üç təklifə RƏDD CAVABI

“Barselona” Frenk Kessieni heyətində saxlayacaq.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçunu yanvarda satmamağa qərar verib.

La Liqa təmsilçisi transferlə bağlı üç təklifi rədd edib. “Napoli”, “İnter” və açı açıqlanmayan İngiltərə klubları onu heyətinə qatmaq istəsə də, “Barselona” bununla razılaşmayıb.

Qeyd edək ki, afrikalı futbolçu noyabrın əvvəlində aldığı zədə üzündən ay yarım müddətinə komandadan ayrı düşüb.
 

0