[b]"Barselona"nı "Sevilya"ya dəyişir[/b]
30.07.2018 - 15:15
[b]"Barselona"nı "Sevilya"ya dəyişir[/b]

“Barselona”nın yarımmüdafiəçisi Aleiş Vidal karyerasını İspaniyada davam etdirəcək. Apasport.az saytının “Onda Cero” radiosuna istinadən məlumatına görə, 28 yaşlı futbolçu yeni mövsümdən etibarən “Sevilya”nın formasını geyəcək.

 

“Sevilya” Vidalın transferi üçün qarşı tərəfə 9,5 milyon avro ödəyəcək.

 

Daha öncə ispan oyunçunun adı Moskva “Lokomotiv”i ilə hallanırdı. 2017-18 mövsümündə La Liqada 15 matçda meydana çıxan Aleiş Vidal 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb