[b]"Barselona"nın iki futbolçusu sıradan çıxdı[/b]
30.07.2018 - 09:38
Beynəlxalq Çempionlar kuboku çərçivəsində oynanılan “Barselona” – “Tottenhem” (2:2, 5:3-penalti) matçında zədələnən Andre Qomeş və Denis Suaresin zədələrinin nə qədər ciddi olduğu açıqlanıb. Apasport.az saytının “Sport” nəşrinə istinadən məlumatına görə, hər iki futbolçunun dizaltı vətərindən zədə aldığı məlum olub.
Denis Suares iki həftə, Andre Qomeş isə iki ay yaşıl meydanlardan uzaq qalacaq.
Artıq hər iki yarımmüdafiəçi “Barselona”nın ABŞ-dakı düşərgəsini tərk edərək, İspaniyaya yollanıb.
0
0