[b]Baş məşqçi postuna yeni namizəd
[/b]
04.07.2018 - 18:40
Yaponiya millisinin baş məşqçisi postuna namizəd bəlli olub. Apasport.az saytının məlumatına görə, asiyalılar bu vəzifəyə almaniyalı Yurgen Klinsmannı gətirmək istəyir.
Yaponiyalılar mütəxəssisə ildə 2 milyon avro ödəməyə hazırdı. Fransanın “Nant” klubunun da danışıqlar apardığı Klinsmann “Gündoğar ölkədə” Akira Nisinonu əvəzləməlidi.
DÇ-2018-də 1/8 finala yüksələn asiyalılar müqaviləsi bu ay başa çatacaq çalışdırıcı ilə anlaşmanı uzatmaq niyyətində deyil. Onun əvəzləyicisinin artıq yaxın günlərdə bəlli olacağı gözlənilir.
0
0