"Bavariya" heyətində ciddi dəyişiklik edəcək
21.02.2024 - 13:58
"Bavariya" heyətində ciddi dəyişiklik edəcək

"Bavariya" heyətində ciddi təmizləmə aparmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.

Mənbənin sözlərinə görə, komandada toxunulmaz sayılan cəmi 4 futbolçu var. Söhbət qapıçı Manuel Noyer, cinah müdafiəçisi Camal Musial, eləcə də hücumçular Tomas Müller və Harri Keyndən gedir.

Ardıcıl 3 məğlubiyyətlə üzləşən "Bavariya"nın baş məşqçisi Tomas Tuxelin mümkün qovulması ilə bağlı söz-söhbətlər yayılıb.

Qeyd edək ki, Almaniya çempionatında Münhen təmsilçisi lider "Bayer"dən 8 xal geri qalaraq ikinci yeri tutur.

0