“Bavariya” müdafiəçisi ilə danışıqlara başladı
27.05.2023 - 11:11
“Bavariya” müdafiəçisi ilə danışıqlara başladı

“Bavariya” futbolçusu Alfonso Devislə müqaviləni uzatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu müdafiəçisi ilə danışıqlara da başlayıb.

Münhenlilər kanadalı legionerlə anlaşmanı tez uzatmaq niyyətindədir. Çünki Devis digər klubların da maraq dairəsindədir. Onu saxlamaqda maraqlı olan “Bavariya” futbolçunu razı salmaq fikrindədir.

Qeyd edək ki, Alfionso “Real”ın transfer siyahısında yer alıb. Lakin ispaniyalılar hələ rəsmi təklif göndərməyib.

0