"Bavariya" müdafiəçisini buraxmaq istəmir
11.02.2024 - 17:53
"Bavariya" müdafiəçisini buraxmaq istəmir

"Bavariya" müdafiəçisini komandada saxlamağa çalışır.

Apasport.az xəbər verir ki, Münhen klubu Kanada millisinin də şərəfini qoruyan 23 yaşlı futbolçunun getməsini istəmir.

İddialara görə, “Real” bu transferdə xüsusi fəallıq göstərir. Hətta Deyvisin də İspaniyaya köçməyə maraqlı olduğu, bu səbədən də “Bavariya”nın illik 15 milyon avro maaş təklifindən imtina etdiyi bildirlir.

Qeyd edək ki, Qana əsilli kanadalı 2019-cu ilin qışından “Bavariya”da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatır. Bu mövsüm Deyvis bütün turnirlərdə 27 oyun keçirib, bir qol vurub, 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı sol cinah müdafiəçisini 70 milyon avro qiymətləndirir.

0