"Bavariya" müdafiəçisini sata bilər
05.04.2024 - 13:17
"Bavariya" müdafiəçisini sata bilər

Almaniya təmsilçisi olan "Bavariya"nın müdafiəçisi Nusser Mazraui yay “transfer pəncərəsi”ndə klubunun qeydiyyatını dəyişə bilər.
 
Apasport.az xəbər verir ki, alman nəhəngləri bu mövqedə oyunçuların çoxluğuna görə artıq sağ cinah oyunçusuna ehtiyac duymur. Mazraui özü də başqa komandaya keçməyin əleyhinə deyil. 

Daha əvvəl mətbuatda "Yuventus"un Nusserlə maraqlanması ilə bağlı xəbərlər yayılmışdı.

“Transfermarkt” portalı futbolçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, 26 yaşlı oyunçu Bundesliqanın cari mövsümündə Nusser 15 oyun keçirib və 3 məhsuldar ötürmə edib.

0