"Bavariya" sabiq hücumçusunu geri qaytaracaq
21.03.2024 - 10:03
Hazırda "Bolonya"da çıxış edən 22 yaşlı hücumçu Coşua Zirkzi keçmiş klubu "Bavariya"ya qayıda bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Kicker" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, alman nəhənginin rəhbərliyi İtaliya tərəfi ilə potensial sövdələşməni müzakirə edir. "Bavariya" hücumçunu 22 milyon avroya almaqda üstünlük hüququna malikdir.
Niderlandlının xidmətində "Milan", "Napoli" və Turin "Yuventus"u da maraqlıdır.
Zirkzi 2022-ci ilin yayından “Bolonya”da çıxış edir. Bu mövsüm forvard 30 oyun keçirib, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
0
0