“Bavariya”nın gözü “Mançester Siti”nin qapıçısında
15.08.2023 - 11:36
“Bavariya”nın gözü “Mançester Siti”nin qapıçısında

“Bavariya” heyətinə yeni qapıçı qatmaq üçün axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu Ştefan Orteqanın xidmətində maraqlıdır.

“Mançester Siti”nin 30 yaşlı qapıçısı Münhen təmsilçisinə keçidə razılıq verib. Lakin “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola onu komandada saxlamaq istəyir.

Qeyd edək ki, Orteqa ötən mövsümün 14 matçında 7 top buraxıb.
 

0