“Bavariya”nın prezidenti: “Biz Devisi saxlamaq istəyirik”
13.11.2023 - 17:33
“Bavariya”nın prezidenti: “Biz Devisi saxlamaq istəyirik”

“O, 2025-ci ilin iyununa qədər müqavilə əsasında bizimlədir”.

Apasport.az xəbər verir ki, bunu “Bavariya”nın prezidenti Herbert Hayner deyib.

O, komandanın müdafiəçisi Alfonso Devis haqqında açıqlama verib: “Dünyanın ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Əlbəttə, biz Devisi saxlamaq istəyirik. Ümid edirəm ki, o da qalmaq fikrindədir".

Qeyd edək ki, 23 yaşlı sol cinah müdafiəçisinin Madrid “Real”ına keçidi gözlənilir.

0