"Bayer"in futbolçusu Premyer Liqa yolunda
02.02.2024 - 22:01
"Bayer"in futbolçusu Premyer Liqa  yolunda

"Bayer"in yarımmüdafiəçisi Eksekyel Palasyos karyerasını Premyer Liqada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, onun xidmətində "Mançester Siti" və daha 2 İngiltərə klubu maraqlıdır.

"Aston Villa" 25 yaşlı dünya çempionunu yayda transfer etmək üçün əsas namizəd hesab olunur. Bundan əlavə, Palasyos "Nyukasl"ın da maraq dairəsindədir.

Qeyd edək ki, Eksekyelin klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

 

0