[b]BÇK: “Liverpul”dan darmadağın, “Mançester Siti” və “Barselona”dan çətin qələbə[/b]
29.07.2018 - 12:39
[b]BÇK: “Liverpul”dan darmadağın, “Mançester Siti” və “Barselona”dan çətin qələbə[/b]

Bu gün Beynəlxalq Çempionlar Kubokunda daha 3 qarşılaşma baş tutub. Apasport.az saytının məlumatına görə, gecənin ilk matçı ABŞ-da Ann-Arbor şəhərinin “Miçiqan Stadionu”nda keçirilib.

 

“Mançester Yunayted”lə “Liverpul” üz-üzə gəlib. Görüş mersisaydlıların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Qırmızı şeytanlar”ın yeganə qoluna gənc Andreas Perreyra imza atıbsa, “Liverpul”un heyətində Sadio Mane, Oxo, Starric və Şakiri fərqlənib.

 

Mayaminin “Hard Rok” stadionunda keçirilən “Bavariya” – “Mançester Siti” görüşü də bol qollu keçib. Tərəflərin 5 dəfə qol sevinci qarşılaşmanı ingilislər qazanıblar – 2:3.

 

Almanları qollarına Şabani və Robben imza atdığı halda, “şəhərlilər”in heyətində Bernard Silva (2) və Nmeça rəqibi məyus edib.

 

Günün son qarşılaşması “Rouz Boul” arenasında “Barselona” ilə “Tottenhem” arasında baş tutub. Əsas vaxtı 2:2 hesablı bərabərliklə başa çatan görüşün qalibini penaltilər təyin edib. Daha dəqiq oynayan kataloniyalılar 5:3 hesabı ilə qələbə qazanıblar. Əsas vaxtda “Barselona”nın qollarını Munir El Haddadi və yeni transfer Artur vurubsa, “Tottenhem”də Son-Hun Min və Nkudu rəqibi məyus edib.