[b]Belçika millisinin aparıcı üzvü Dortmund "Borussiya"sında[/b]
31.07.2018 - 16:31
[b]Belçika millisinin aparıcı üzvü Dortmund "Borussiya"sında[/b]

Belçika millisinin heyətində dünya çempionatının bürünc medallarını qazanan Aksel Vitsel Dortmund “Borussiya”sı üçün tibbi baxışdan keçib. Apasport.az saytının RTBF-ə istinadən məlumatına görə, 29 yaşlı futbolçunun transferi yaxın saatlarda açıqlanacaq.

 

Keçid 20 milyon avro dəyərində qiymətləndirilir. 2017-ci ildən bəri “Tyançzin Çyuançzyan”da çıxış edən Vitsel daha öncə “Zenit”, “Benfika” və “Standard” klublarının formasını geyinib.

 

Qeyd edək ki, yarımmüdafiəçinin adı PSJ ilə hallanırdı.