Belçika Millisinin qapıçısı Premyer Liqa klubunda
02.02.2024 - 12:19
Belçika Millisinin qapıçısı Premyer Liqa klubunda

“Nottingem Forest” yeni transferini açıqlayıb.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Strasburq”un qapıçısı Matz Selsi heyətinə qatıb.

Belçika millisinin də şərəfini qoruyan qolkiper, qarşıdakı 3,5 ili İngiltərədə keçirəcək. 31 yaşlı Sels yeni klubunda  26 nömrə altında çıxış edəcək. Transferin məbləği 8 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, belçikalı çərçivə qoruyucusu 2018-ci ildən şərəfini qoruduğu Fransa klubunun heyətində 175 oyun keçirib.

0