Benites "Selta"dan qovula bilər
27.02.2024 - 14:58
Benites "Selta"dan qovula bilər

"Selta"nın baş məşqçisi Rafael Benitesin işi ciddi təhlükə altındadır.

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, ispaniyalı bu həftə işdən çıxarıla bilər.

Bildirilir ki, “Selta” cümə günü “Almeriya”ya qalib gələ bilməsə, rəhbərlik Benitesi qovulmağa qərar verə bilər.

Qeyd edək ki, "Selta" bütün turnirlərdə son 7 matçdan yalnız birində qalib gələ bilib. Komanda İspaniya çempionatının turnir cədvəlində 17-ci yerdədir.

Benites ötən yay "Selta"ya rəhbərlik edib, lakin onun rəhbərliyi altında komanda heç vaxt irəliləyiş əldə etməyib.

0