Benzema- Eşpiritu Santu münaqişəsinin detalları
23.08.2023 - 20:28
Benzema- Eşpiritu Santu münaqişəsinin detalları

Kərim Benzema “Əl-İttihad”dakı mühitdən narazıdır.

Apasport.az-ın məlumatına görə, fransalı hücumçu ilə komandanın baş məşqçisi arasındakı münasibət ürəkaçan deyil.

Nunu Eşpiritu Santu forvardı əsas heyətdə oynatmaq istəmir. Benzemanın oyun üslubu portuqaliyalı mütəxəssisin planlarına uyğun deyil. Hətta Santunun əvvəlcədən bu transferə qarşı olduğu bildirilir. Artıq Kərim də məsəslə ilə bağlı klub rəhbərliyi ilə görüşüb. Onlar arasındakı münasibət kapitan seçimi zamanı bir daha pozulub. Əksəriyyət Benzemanın təcrübəsi və uğurlarını nəzərə alaraq, onun kapitan olacağını düşünsə də, Nunu Eşpiritu fərqli addım atıb. O, sarğını klubun əfsanaləri Romarinyo və Əhməd Şarahiliyə etibar edib.

Munaqişə komandanın son məşqindən sonra daha da alovlanıb. “Əl-İttihad” mətbuat xidməti sosial şəbəkədə Kərim Benzemadan başqa bütün futbolçuların şəklini paylaşıb.

Qeyd edək ki, “Əl-İttihad” Benzema ilə iki illik 200 milyon avroluq müqavilə imzalayıb. O, komandanın heyətində çıxdığı oyunlarda fərqlənə bilməyib.
 

0