Benzemaya iki əvəzləyici
05.08.2022 - 23:19
Benzemaya iki əvəzləyici

“Real” futbolçusu Kərim Benzemaya əvəzləyici axtarır.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhəngi hücum xəttinə iki namizədi nəzərdən keçirir.

Bunlar “Zalsburq”dan Bencamin Sesko və “Nitsa”dan Amin Quiridir. Madridlilər bu oyunçulara hücum xəttinin gələcək lideri kimi baxır.

Qeyd edək ki, Benzema ötən mövsümün 46 oyununda 44 qol və 15 assistə imza atıb. 
 

0