“Beşiktaş” daha dörd futbolçu ilə vidalaşdı - RƏSMİ
01.07.2026 - 16:22
“Beşiktaş” dörd futbolçusunun komandadan ayrıldığını açıqlayıb.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi El Bilal Ture, Cengiz Ünder, Jota Silva və Devis Vaskeslə yollarını ayırıb.
Klub futbolçulara göstərdikləri xidmətə görə təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, “Beşiktaş” daha əvvəl Salih Uçan və Kristyan Asllani ilə də vidalaşdığını açıqlamışdı.
0
0