[b]“Beşiktaş” “Liverpul”luya göz dikib[/b]
27.07.2018 - 19:47
[b]“Beşiktaş” “Liverpul”luya göz dikib[/b]

“Beşiktaş” qapıçı axtarışılarına başlayıb. Apasport.az saytının məlumatına görə, “qara qartallar” “Liverpul”un “çərçivə qoruyucusu” Simon Minyoleyə göz dikib.

 

“SKY Sports” xəbər verir ki, İstanbul təmsilçisi artıq 30 yaşlı oyunçu üçün qarşı tərəfə rəsmi təklif də yollayıb. İddia olunur ki, belçikalı da bu keçidə isti yanaşır. Çünki Alissonun gəlişindən sonra komandadakı mövqeyi ciddi şəkildə zəifləyən qapıçı gücünü yeni komandalarda sınamaq qərarındadı.

 

“Liverpul”dan isə hələlik məsələ ilə bağlı reaksiya verilməyib.

Qeyd edək ki, ötən mövsüm 5 ildir forma geyindiyi mersisaydlıların heyətində 19 oyun keçirən Minyole 7 görüşdə qapısını toxunulmaz saxlayıb.

0