"Beşiktaş" son dəqiqələrdə xal itirdi
05.04.2024 - 09:38
"Beşiktaş" son dəqiqələrdə xal itirdi

Türkiyə Superliqasının 31-ci həftəsində "Başakşehir" doğma meydanda "Beşiktaş"ı qəbul edib . 

Apasport.az xəbər verir ki, birinci hissədə fərqi açan "ağ-qaralar" hesabı qoruyub saxlaya bilmədi. 90+5-ci dəqiqədə "Başakşehir" hesabı bərabərləşdirdi. 

Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. 

Bu nəticə ilə liqada ardıcıl 3 matçda məğlub olan "Beşiktaş" bu dəfə heç-heçə edib. "Qartallar" 47 xalla 4-cü pillədə qərarlaşıb.

0