"Beşiktaş"da ingilis futbolçu -Rəsmi
06.02.2024 - 09:16
"Beşiktaş"da ingilis futbolçu -Rəsmi

“Beşiktaş” daha bir transferi rəsmiləşdirib.

Apasport.az xəbər verir ki, İstanbul klubu “Nottingem Forest”dən Co Vorreli icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama verib. İngilislərlə danışıqlardan müsbət nəticə əldə edən “qara qartal” 27 yaşlı müdafiəçini "rənglərinə bağlayıb".

Anlaşmaya əsasən türklər ingilis futbolçunun transferinə görə qarşı tərəfə hər hansı məbləğ ödəməyəcək. Vorrel yarım mövsüm qarşılığında “Beşiktaş”dan 600 min avro maaş alacaq.

Qeyd edək ki, bu mövsüm “Nottingem Forest” forması ilə 9 matça çıxan təcrübəli müdafiəçi 545 dəqiqə meydanda olub. 

0